Hüquq Tələbələri Forumu
Təhsildən peşəkarlığa aparan ilk addım.
Forum haqqında
Hüququ kitabdan deyil, işdən öyrənmək.
Sirius Vəkil Bürosunun Hüquq Tələbələri Forumu hüquq nəzəriyyəsini real hüquq təcrübəsi ilə birləşdirən seçilmiş inkişaf proqramıdır. Forum iştirakçıları real hüquqi işlərin təhlili, prosessual sənədlərin hazırlanması və təcrübəli vəkillərlə birbaşa əməkdaşlıq imkanı əldə edirlər.
Forum məhdud sayda iştirakçı qəbul etdiyindən müraciətlər fərdi qaydada qiymətləndirilir. Seçim zamanı əsas meyar universitet və ya kurs deyil, namizədin motivasiyası, hüquqa marağı və inkişaf potensialıdır.
Müraciət edirsiniz
Aşağıdakı formanı doldurun. Bir e-mail ünvanı ilə yalnız bir müraciət qəbul olunur.
Müraciətə baxırıq
Hər müraciəti komandamız oxuyur. Cavabı e-mail ilə sizə göndəririk.
Foruma qəbul olunursunuz
Qəbul olunan iştirakçılara forumun tarixi, yeri və proqramı e-mail ilə bildirilir.
Müraciət
Foruma müraciət edin.
Yalnız ad və e-mail vacibdir. Qalanını istəsəniz doldurun — motivasiya mətni seçimdə ən çox kömək edən hissədir.
Məlumatlarınız yalnız forum seçimi üçün istifadə olunur və üçüncü şəxslərə verilmir.
Artıq qəbul olunmusunuz? Foruma giriş →