Komanda
Fərqli sahələr, bir yanaşma.
Təsisçi
Sübhan Əliyev
“Sirius” Vəkil Bürosunun təsisçisi və rəhbəri · Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
- Hüquq elmləri doktoru (2019)
- Professor (2022)
- BDU · Konstitusiya hüququ kafedrası
- AMEA · Hüquq və İnsan Haqları İnstitutu
- Vəkillər Kollegiyasının üzvü
1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və 2006-cı ildən həmin fakültənin Konstitusiya hüququ kafedrasında dərs deyir: 2015-ci ildə dosent, 2019-cu ildə hüquq elmləri doktoru, 2022-ci ildə professor adını alıb. 2020-ci ilin sentyabrından AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Dövlət və konstitusiya hüququ şöbəsinin müdiridir. Tədqiqat sahələri — konstitusiya hüququ, inzibati hüquq və inzibati proses, parlament hüququ, vəkillik hüququ və bələdiyyə hüququ. “Sirius” Vəkil Bürosunu 10 fevral 2022-ci ildə təsis edib.
Mənbə: az.wikipedia.org