Adımızı gecə səmasından götürdük.

Sirius — Yer kürəsindən görünən ən parlaq ulduzdur. Min illərdir səyyahlar ona baxaraq yolunu tapır. Biz də müştərilərimiz üçün eyni işi görürük.

Hekayəmiz

Tək bir prinsiplə yola başladıq: hüquq hər kəs üçün aydın, əlçatan və nəticəyönümlü olmalıdır.

Sirius Vəkil Bürosu Bakı Dövlət Universitetinin hüquqşünas müəllim və professorları tərəfindən təsis edilmiş, 2021-ci ildən etibarən hüquq sahəsində peşəkar fəaliyyət göstərən hüquqi təsisatdır.

Büronun yaradılmasının əsas məqsədi yalnız hüquqi xidmət göstərmək deyil, elmi yanaşmanı, akademik təcrübəni və praktiki vəkillik fəaliyyətini vahid peşəkar platformada birləşdirərək müasir və yüksək keyfiyyətli hüquqi müdafiə sistemi formalaşdırmaqdır.

Fəaliyyətə başladığı ilk gündən Sirius Vəkil Bürosunun əsas istiqaməti insanların və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin etibarlı müdafiəsi, mürəkkəb hüquqi məsələlərin peşəkar həlli və hüquqi yardımın ən yüksək standartlara uyğun şəkildə həyata keçirilməsi olmuşdur.

Peşəkarlığımızın təməlində güclü akademik baza dayanır.

Sirius Vəkil Bürosunu fərqləndirən əsas xüsusiyyətlərdən biri onun güclü elmi və akademik potensialıdır. Büronun vəkilləri yüksək təhsil keyfiyyətlərinə, geniş hüquqi biliklərə və zəngin peşəkar təcrübəyə malik mütəxəssislərdən formalaşmışdır. Komandamızda magistratura və doktorantura təhsili almış, elmi fəaliyyətlə məşğul olan, hüquq elminin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış hüquqşünaslar fəaliyyət göstərir.

Biz inanırıq ki, hüquqi xidmət yalnız qanunvericiliyi bilməkdən ibarət deyil. Hər bir hüquqi məsələnin arxasında insan taleyi, biznes marağı, əmlak, reputasiya və gələcək dayanır. Məhz buna görə Siriusda hər bir işə elmi əsaslandırılmış, analitik və fərdi yanaşma tətbiq olunur.

Fəaliyyət istiqamətlərimiz

Sirius Vəkil Bürosu mülki, cinayət, inzibati, kommersiya, ailə, əmək və digər hüquq sahələri üzrə hüquqi yardım göstərir, məhkəmə və digər dövlət orqanlarında müştərilərinin hüquq və mənafelərini müdafiə edir.

Büronun fəaliyyəti yalnız mövcud hüquqi problemin həlli ilə məhdudlaşmır. Əsas məqsədlərimizdən biri hüquqi risklərin əvvəlcədən müəyyənləşdirilməsi, onların qarşısının alınması və müştərilər üçün uzunmüddətli hüquqi təhlükəsizliyin təmin edilməsidir.

Uğurumuzun əsasını nə təşkil edir?

2021-ci ildən bu günə qədər Sirius Vəkil Bürosu öz fəaliyyətini peşəkarlıq, dürüstlük, məsuliyyət, məxfilik və ədalət prinsipləri üzərində qurmuşdur. Uğurumuzun da əsasını məhz bu prinsiplər təşkil edir.

Bizim üçün uğur yalnız qazanılmış məhkəmə işi və ya həll edilmiş hüquqi mübahisə deyil. Uğur müvəkkilimizin hüququnun qorunması ilə ona düzgün hüquqi yolun göstərilməsi və ona göstərilən etimadın doğruldulmasıdır.

Siriusun hər bir uğurlu işi komandamızın peşəkarlığının, elmi hazırlığının və hüquqa olan bağlılığının nəticəsidir.

Gələcəyə baxışımız

Sirius Vəkil Bürosu hüquqi xidmətlərin daim inkişaf etdiyi, texnologiyanın və yeni hüquqi yanaşmaların sürətlə dəyişdiyi müasir dövrdə öz inkişafını davam etdirir.

Məqsədimiz Azərbaycanda akademik hüquq elmi ilə praktiki vəkillik fəaliyyətini ən yüksək səviyyədə birləşdirən, etibarlı və nüfuzlu hüquq brendlərindən biri olmaqdır. Biz hüququ yalnız peşəmiz deyil, ədalətin təmin olunmasına xidmət edən məsuliyyətimiz hesab edirik.

Ofisimiz

Bakının mərkəzində, etibarlı hüquqi tərəfdaşınız

Nəsimi rayonu, Həsən Əliyev küçəsi 5A — üç mərtəbədə 350 kv. m: geniş pəncərəli beş vəkil otağı və konfidensial görüş otağı.

Vəkillikdə əsas nəticədir!

Sübhan Əliyev

Bu nəticəyə isə peşəkarlıq, düzgün strategiya və ardıcıl hüquqi müdafiə ilə nail olunur.

Dəyərlərimiz

Aydınlıq

Hüquqi məsələləri sadə və anlaşılan şəkildə izah edirik.

Dürüstlük

İşin hüquqi perspektivini olduğu kimi qiymətləndiririk. Reallığı gizlətmir, əsassız vədlər vermirik. Bizim öhdəliyimiz peşəkar hazırlıq və düzgün strategiyadır.

Həmkarlıq

Hüquq peşəsi qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulur. Digər vəkilləri rəqib deyil, həmkar hesab edir, hüquq sisteminin inkişafına birgə töhfə verməyə inanırıq.

WhatsApp